Səyahətə çıxanlar üçün hava proqnozu

seyahete-cixanlar-ucun-hava-proqnozu
Oxunma sayı: 1143

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, hava şəraitinin əsasən yağmursuz, bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Lakin dekabrın 16-da axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 3-5 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, əsasən hava şəraitinin yağmursuz keçəcəyi, lakin dekabrın 16-sı gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək. 

Naxçıvan MR-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək. 

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, dekabrın 15-i gündüz, dekabrın 16-da əsasən yağmursuz keçəcəyi gözlənilir. Dekabrın 16-sı gündüz mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.