Şeydayev Almaniyaya qarşı oynamayacaq

seydayev-almaniyaya-qarsi-oynamayacaq
Oxunma sayı: 1879

Ramil Şeydayev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində Almaniyaya qarşı oynaya bilməyəcək. “Qafqazinfo” xəbə verir ki, 20 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da keçiriləcək görüşünü buraxmaq məcburiyyətində qalıb.

Buna səbəb onun zədələnməsidi. Premyer Liqanın XI turunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda xəsarət alan Şeydayev Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcək.
 
Bu gün MRT müayinəsindən sonra müəyyənləşib. Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.