Şeydayev “Trabzonspor”dan göndərildi

seydayev-trabzonspordan-gonderildi
Oxunma sayı: 4701

Türkiyənin “Trabzonspor” klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib.

Məlumata görə, “Trabzonspor” geridə qalan müddətdə Ramil Şeydayevə 370 min avro ödəyib. Müqavilənin qarşılıqlı olaraq ləğv edilməsinə görə, futbolçuya əlavə təzminat ödənilməyib.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2016-2017 mövsümündə 170 min avro qarşılığında Rusiyanın “Zenit” klubundan Türkiyə təmsilçisinə keçmişdi. Ramil həmin mövsümün ikinci yarısını icarə əsasında Slovakiyanın “Jilina” klubunda, ötən mövsümü isə “Qarabağ”ada keçirmişdi.