Seyf oğurlayan tutuldu-Kriminal xəbərlər

seyf-ogurlayan-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 684

Oktyabrın 3-də Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qəsəbə sakini Elnur Mehtiyev şəxsi münasibətlər zəminində Abşeron rayin sakini Bəhruz Çıraqova çoxsaylı bıçaq xəsarəti yetirib və zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Mehtiyev yaxalanıb.

Oktyabrın 2-si saat 22 radələrində Ə.Ələkbərov küçəsində yerləşən Natiq Məmmədova məxsus mağazadan açıq qapıdan daxil olma yolu ilə kassadan 300 manat oğurladığı üçün əvvəllər məhkum olunmuş Tariyel Quliyev Yasamal RPİ PPXB və 26-cı PB-nin əməkdaşları tərəfindən yaxalanıb və ondan 0,398 qram narkotik vasitə olan heroin aşkar olunub. Əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Bərdə rayon sakini Ramin Abbasovda yaxalanıb və ondan 0,312 qram heroin aşkar edilib. Müəyyən olunub ki, onlar oktyabrın 2-də Bakı şəhər sakini Aygün Baməzərə məxsus mağazadan açıq qapıdan daxil olma yolu ilə 2 ədəd mobil telefon oğurlayıblar.

Oktyabrın 3-ü saat 23:45 radələrində Binə qəsəbəsi ərazisində Lənkəran şəhər sakini Asəf Səfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini Ağaverdi Məmmədovu vurub və sonuncu xəstəxanaya yerləşdirildikdən sonra orada ölmüb.

Avqustun 23-dən 26-dək olan müddətdə Bakı şəhər sakini Namiq Səfərova məxsus Zirə qəsəbəsində yerləşən bağ evindən açar seçmə yolu ilə içərisində 5000 manat olan seyf oğurlanıb. Xəzər RPİ 3-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev oktyabrın 3-də yaxalanıb.

Senytabrın 27-də Cavadxan küçəsində Beyləqan rayon sakini Cavid Hüseynli bir neçə bıçaq xəsarəti ilə KTM-ya yerləşdirilib. Nəsimi RPİ CAŞ və 19-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Cabbar Yəhyayev oktyabrın 3-də yaxalanıb.