Seyfülislamın qanında zəhərlənmə ola bilər

seyfulislamin-qaninda-zeherlenme-ola-biler
Oxunma sayı: 656

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, bu sözləri oğul Qəzzafinin ukraynalı həkimi Andery Muraxovskiy deyib.
Həkim deyib ki, Seyfülislamın saxlanıldığı şəxsi evə çağırıb, onu müayinə etməyi xahiş ediblər. “Sağ əlinin baş və şəhadət bamaqları kəslib. Çoxlu sayda sınıqlar və yaralar var. Qanqrena artıq başlayıb. Faktki olaraq, barmaqların amputasiyası lazımdır. Əks halda, qanda zəhərlənmə başlaya bilər”, -deyə həkim qeyd edib.
Həkim bildirib ki, tibbi müdaxiləni təcili həyata keçirmək lazımdır. Üsyançılar isə Seyfülislamı xəstəxanaya aparmaqdan çəkinirlər. Xəstəxanada onun öldürülməsindən ehtiyat edilər.