Seyidovdan AŞPA-da Azərbaycandakı seçkilərlə bağlı gedən müzakirələrə - Münasibət

seyidovdan-aspa-da-azerbaycandaki-seckilerle-bagli-geden-muzakirelere
Oxunma sayı: 1124

Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovqurumun yay sessiyasında Azərbaycanda prezident seçkiləri ilə bağlı AŞPA-da gedən müzakirələri dəyərləndirib.
 
“Qafqazinfo”nun məlumatına görə, S. Seyidov APA-ya bildirib ki, AŞPA-nın içərisində çox böyük böhran var:

“Müzakirələrlə bağlı müxtəlif fikirlər səsləndi. Hesab edirəm ki, bugünkü müzakirələr göstərdi ki, bu, bir qrup insanlar tərəfindən yaradılan süni, daha çox AŞPA-nın özünün əleyhinə işləyən böhrandır. Çıxış edənlərin bəziləri konkret, obyektiv şəkildə Azərbaycanda prezident seçkilərini qiymətləndirdi. Ancaq Şvabe kimi şəxslər öz şəxsi ambisiyaları naminə Azərbaycan əleyhinə çalışmaq etmək istəyirlər. Bu baxımdan müzakirələr çox şeyə aydınlıq gətirdi”.
 
S.Seyidov qeyd edib ki, Avropa Şurası reallığı, Azərbaycanın Qərb üçün vacib olduğunu və ölkədəki inkişafı görməsə, özünə problem yaradacaq:

“Gördünüz ki, bir neçə deputat Şuranın özündə gedən prosesləri kəskin şəkildə tənqid etdi. AŞPA-da qəbul olunan və müzakirəyə çıxarılan sənəddə tamamilə reallığı əks etdirməyən detallar var. Bu, əvvəlcədən hazırlanıb və Azərbaycana təzyiq vasitəsi kimi qiymətləndirilməlidir. Bunun heç bir əhəmiyyəti olmayacaq. Bir nəticə də ondan ibarətdir, bu gün Azərbaycana qarşı işləyən qüvvələr nə qədər tənqidi çıxışlar etsələr də, AŞPAüzvlərinin bir qismi bu mövqe ilə razılaşmadı”.