Şeyla geri qayıtdı - “Sev”lə məşhurlaşmışdı

Şeyla geri qayıtdı
Oxunma sayı: 2316

90-ci illərin sonu, 2000-ci illərin əvvəlində məşhurlaşan Şeyladan xəbər var. “Qafqazinfo” xəbər verir ki, “Sev” mahnısı ilə ulduzu parlayan ifaçı sosial şəbəkədə səhifə açaraq geri qayıtdığını elan edib. 

O, mətbuatda onunla bağlı dərc edilən məlumatlara da münasibət bildirib:

"Əzizlərim, siz soruşdunuz, mən eşitdim. Bu illər ərzində məni bir neçə dəfə dəfn etdiniz, köçürtdüz, adımı dəyişdirdiz. Ən Əsası unutmadız. Bu cür sədaqəti səxavətlə mükafatlandırmaq gərəkdir. Buna görə də,albomun materialını  musiqimi sevən və yaradıcılığımı yüksək qiymətləndirən hər kəslə bölüşməkdən xoşbəxt olacağam".

Qeyd edək ki, bir müddət əvvəl Şeylanın ABŞ-da yaşadığı, dizayner kimi fəaliyyət göstərdiyi xəbəri yayılmışdı. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi