Seymur Verdizadə ailə dəyərlərini təbliğ edəcək

seymur-verdizade-aile-deyerlerini-teblig-edecek
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, bu barədə mətbuata layihənin direktoru Seymur Verdizadə məlumat verib. S.Verdizadə deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən layihənin əsas məqsədi məcburi köçkünlərin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq və gənc ailələrə yüksək mənəvi dəyərləri aşılamaqdır: “Layihə oktyabr-dekabr aylarında Biləsuvar rayonundakı Cəbrayıl qəsəbəsində həyata keçiriləcək. Layihə çərçivəsində məcburi köçkünlərin iştirakı ilə seminarın keçirilməsi və maarifləndirici broşürun çapı nəzərdə tutulur”.

Fatimə Kərimli