Seyran Ohanyan Əfqanıstana yola düşüb

seyran-ohanyan-efqanistana-yola-dusub
Oxunma sayı: 745

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb. İkigünlük işgüzar səfər çərçivəsində Ohanyanla Əfqanıstanın müdafiə naziri Bismala Xan Məhəmmədinin, beynəlxalq sülhməramlı qüvvələri rəhbərinin müavini Nik Karter və beynəlxalq sülhməramlı qüvvələrin şimal komadanlığının rəhbəri general-mayor Erix Pfefferin görüşü planlaşdırılır.

Görüş çərçivəsində erməni bölmələrinin beynəlxalq sülhməramlı qüvvələrində iştirakı müzakirə olunacaq.