Seysmoloji mərkəz sürüşmə ərazisində tədqiqat işlərini genişləndirdi - Fotolar

seysmoloji-merkez-surusme-erazisinde-tedqiqat-islerini-genislendirdi
Oxunma sayı: 2495

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar 20-ci sahə yolundakı sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzi həmin ərazidə tədqiqat işlərini genişləndirib.

“Qafqazinfo” xəbər verir ki, mərkəzin baş direktoru Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirlmiş iş rejimində işləyirlər.

Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.