Seysmoloji Xidmət Mərkəzimiz daha bir beynəlxalq təşkilata üzv oldu

seysmoloji-xidmet-merkezimiz-daha-bir-beynelxalq-teskilata-uzv-oldu
Oxunma sayı: 641

İclasda AMEA Respublika Seysmoloji Mərkəzinin Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli və Zəlzələlərin Tədqiqatı Bürosunun mühəndis-proqramçısı Vüqar Fərəcov iştirak ediblər.
Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının iclasında AMEA Respublika Seysmoloji Mərkəzinin Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli son illər Azərbaycanda aparılan seysmoloji müşahidələr və əldə olunmuş nəticələrə dair məruzə ilə çıxış edib.
Baş direktor çıxışı zamanı həmçinin, AMEA RSXM-in Avropa Seysmoloji Komissiyasına üzvülüyü ilə bağlı təklif də irəli sürüb. Təklif Baş Assambleya üzvləri tərəfindən müsbət qarşılanıb və AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilib.
Qeyd edək ki, bu təşkilatın nizamnaməsinə görə, təşkilat üzvləri əvvəlcə təşkilatda assosiativ üzüvlüyə qəbul edilməlidirlər.
Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının növbəti iclası 2014-cü ilin 19-24 avqust tarixində İstanbulda keçiriləcək. Həmin toplantıda AMEA RSXM təşkilatın tam hüquqlu üzvü statusu alacaq. Həmçinin AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinini Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının 2016-cı il toplantısının Bakıda keçirilməsi ilə bağlı təklifinə də İstanbul toplantısında baxılacaq.
Nigar Məmmədli