“Şeytan çarxı”nın yanında özünü dənizə atdı

seytan-carxinin-yaninda-ozunu-denize-atdi
Oxunma sayı: 3183

Bakıda 18 yaşlı qız özünü öldürmək istəyib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saat 05 radələrində baş verib. 2000-ci il təvəllüdlü, Binəqədi rayon sakini F.M Dənizkənarı Milli Parkda “Şeytan çarxı” atraksionunun yanında özünü dənizə atıb. Ərazidə olan polislərlər və Bulvar İdarəsinin əməkdaşlarının müdaxiləsi ilə gənc qız sudan sağ çıxarılıb və Polis Bölməsinə aparılıb.

Onun hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.

Murad Əhməd