“Şeytan əməlləri”nin premyerası oldu - Fotolar

seytan-emellerinin-premyerasi-oldu
Oxunma sayı: 844

Ötən gün Səməd Vurğun adına Akademik Rus Dram Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Şeytan əməlləri” tamaşasının premyerası olub.

“Qafqazinfo” xəbər verir ki, tamaşanın rejissoru Kamran Şahmərdandır.

Rolları xalq artisti Məbud Məhərrəmov, Əməkdar artist Mələk Abbaszadə, Əməkdar mədəniyyət işçisi Rüfət Nəzərov, aktyorlar Teymur Rəhimov, Zaur Terequlov, Rumiyyə Ağayeva və başqaları ifa ediblər.

Tamaşanın dekorasiya və geyim rəssamı Valeri Polunovski (Rusiya), musiqi tərtibatçısı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, videoinstalyasiyaçı Aqil M.Quliyev, xoreoqraf Kamilla Hüseynovadır.