Şeyx ATƏT-in Baki ofisinin rəhbərini qəbul etdi

seyx-atet-in-baki-ofisinin-rehberini-qebul-etdi
Oxunma sayı: 634

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, K. Tarqayın xahişi ilə təşkil olunan bu görüş tanışlıq xarakteri daşıyıb. Görüşdə Azərbaycanın dinlərarası dialoqda yeri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycanda mövcud dinlər arasında əməkdaşlıq, tolerantlığın səviyyəsi barədə fikirlər səsləndirilib. K. Tarqay Azərbaycanın mövcud təcrübəsinin 56 üzvü olan ATƏT kimi təşkilat üçün önəm kəsb etdiyini vurğulayıb və bu işdə Allahşükür Paşazadənin əməyini yüksək qiymətləndirib.

Sədan