Şeyx Cavid niyə həbs olunub?

seyx-cavid-niye-hebs-olunub
Oxunma sayı: 4614

Lakin ruhaninin həbs edilməsi ilə bağlı hər hansı bir rəsmi açıqlama verilmirdi. Ruhaninin həbs edilməsi artıq rəsmi təsdiqini tapıb. Bu barədə FaktXeber.com-a Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. DİN rəsmisi bildirdi ki, Cavid Məmmədov həbsi ilə bağlı deyilən məlumatlar doğrudur. Ruhaninin evində axtarış aparılaraq silah və xarici valyuta aşkar edilib.

İlahiyyatçının yaxınları bildiriblər ki, hacının adının mətbuatda 5 oktyabr "Hicaba azadlıq" aksiyasını təşkilatçısı kimi hallanması yalan məlumatdır. Cavid gününü məsciddə dərs deməklə keçirirdi.

Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov isə “Qafqazinfo”ya bildirib ki, Hacı Cavid Salyan rayonunun Babazanlı qəsəbəsində böyüyüb və orta təhsil alıb. Qardaşı Əfqan Qarabağ uğrunda gedən müharibədə şəhid olub. Qardaşından 2 il sonra atası Məmmədhüseyn vəfat edib: “O, ictimaiyyət arasında İslamın gənc və sağlam təbliğatçlsı kimi tanınıb. Evində silah saxlaması və kütləvi ixtişaş təşkil etməsi barədə məlumatlara onu tanıyanlar inanmır, baş verənləri yüksək dini dairələrin sifarişi kimi qiymətləndirirlər”.