Şeyx də islahatlara başladı

seyx-de-islahatlara-basladi
Oxunma sayı: 6200


Son vaxtlar Azərbaycandakı xoşagəlməz dini vəziyyət dövləti ciddi düşünməyə məcbur edib. 

Artıq bütün sahələrdə missionerliyin qarşısı alınması üçün ciddi tədbirlər görülməyə başlayıb. Xüsusilə rəsmi qurumlarda müxtəlif ziyanlı dini cərəyanların təmsilçiləri nəzarətə götürülüb. Onların dövlət üçün təhlükə yaradan fəaliyyətləri araşdırılır. 

Bu vəziyyətlə bağlı ölkədə yarana biləcək hər türlü dini duruma cavabdeh olan Qafqaz Müsəlmanları İdarəsinin üzərinə böyük məsulliyyət düşüb. Azərbaycandakı dini vəziyyətin belə acınacaqlı hala gəlib çıxmasından sonra Şeyxulislam Allahşükür Paşazadəyə də müəyyən tapşırıqlar verilib. Bununla bağlı ciddi tədbirlər görməsi tövsiyə olunub.

Şeyx isə öz növbəsində artıq əməli tədbirlər görməyə başlayıb. Belə ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, paytaxtın mühüm əhəmiyyət kəsb edən məscidlərində axundların dəyişdirilməsinə başlanılıb. Yeni təyin olunan axundlara xütbələr oxuyarkən dindarlara Azərbaycanın dövlət maraqları, dövlət təhlükəsiziliyi ilə bağlı marifləndirici məlumat yaymaq tapşırılıb. Bu proses əksər məscidlərdə həyata keçiriləcək və yerində olamayan bütün axundlar dəyişdiriləcək. Hələ ki, bu siyahıda Bakıxanov qəsəbəsindəki “İmam Rıza” məscidini, “Neftçilər” metrosunun yaxınlığındakı Sahib Əzizaman məscidini və digər məscidləri göstərmək olar. Hazırda axundları dəyişdirilən məscidlərin siyashısını hazırlayırıq. Yaxın zamanda bununla bağlı ətraflı məlumat veriləcək.