Şeyx Ərdoğana məktub göndərdi

seyx-erdogana-mektub-gonderdi
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, Paşazadə Ədalət və İnkişaf Partiyasının Parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Məktubda deyilib: “Türkiyə dövlətinin rifahı, türk millətinin səadəti, İslam birliyi naminə gördüyünüz bütün işlərə Allah-Təaladan xeyir-dualar diləyirəm. Bu qələbənin qürur və şərəfini yaşamağa tam haqqınız var, çünki Partiyanızın nüfuz və şöhrət qazanmasında, xalqın dəstək və etibarına nail olmasında şəxsən Sizin rolunuz mühüm, əməli fəaliyyətiniz həlledici olub. Türkiyə xalqının rifah və tərəqqisi, dünya çapında mövqelərinin güclənməsi yolunda gördüyünüz işlər təkcə Sizin Partiyanızın deyil, öz təbirinizcə desək, “bütün Türkiyənin qələbəsi” ilə nəticələndi. Bu həm də Türkiyə Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı olan, “bir millət, iki dövlət” olan Azərbaycanın uğurudur. Türkiyə və Azərbaycan xalqlarının, dövlətlərinin birliyi, qardaşlığı sarsılmazdır və tarixin sınaqlarından keçib. Bu münasibətlərin təməlində duran dəyişməz dəyərlər var olduqca bu millətlərin qardaşlığı davam və inkişaf edəcək”.

Allahşükür Paşazadə həmçinin Türkiyənin Diyanət İşləri Başkanı Mehmet Görməzə də təbrik məktubu ünvanlayıb.

Nərgiz Ehlamqızı