Şeyx Ərdoğanın anasının yas mərasiminə gedir

seyx-erdoganin-anasinin-yas-merasimine-gedir
Oxunma sayı: 661

Bu barədə ANS PRESS-ə açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan dünən 83 yaşında vəfat edib. Tənzilə Ərdoğan uzun müddət idi ki, xəstəlikdən müalicə edilirdi. O, bir müddət öncə öd kisəsindən əməliyyat edilmişdi.

Mərhum bu gün İstanbul şəhərində torpağa tapşırılacaq.