Şeyx görüş keçirdi

seyx-gorus-kecirdi-
Oxunma sayı: 658


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Abdulla ibn Muhəmməd Ən-Nasirin rəhbərlik etdiyi nümayəndə heyətinə 8 parlamentari daxildir.

A. Paşazadə deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycan müstəqillik əldə etdikdən sonra verdiyi sözünə həmişə əməl edib, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Qarabağı işğal etməsi məsələsində həmişə bizim yanımızda olub.

QMİ sədri bildirib ki, Ermənistan tərəfindən dəfələrlə Səudiyyə Ərəbistanı ilə əlaqələr qurulmasına, səfirliklərin açılmasına cəhd göstərilib, lakin Səudiyyə Ərəbistanı söz verdiyi kimi, qardaşlığını davam etdirir. O buna görə Azərbaycan xalqı adından təşəkkürünü çatdırıb. A. Paşazadə bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daim inkişaf edir, bu məsələdə hər iki ölkənin səfirliklərinin xüsusi rolu var.

Səudiyyə Ərəbistanı parlamentindəki Azərbaycan Dostluq Qrupunun 9 nəfərlik nümayəndə heyətinin rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir öz növbəsində iki ölkə arasında əlaqələrin qurulmasında Heydər Əliyevin və Səudiyyə Ərəbistanının mərhum kralı Feysəlin böyük xidmətləri olduğunu söyləyib.

O qeyd edib ki, İslam dinində məcburiyyət yoxdur, zülm isə kafirlik əlamətidir: “Baxmayaraq ki, ayrı-ayrı dövlətlərdə yaşayırıq, ümumi İslam ümmətini təşkil edirik, xalqlarımız qardaşdır. Azərbaycan xalqı İslam mədəniyyətinə, sivilizasiyasına dəyərli töhfələr verib. İslam dini həmişə tolerantlığı ilə seçilib, şübhə edənlər İslamın tarixinə baxa bilərlər”.

Abdulla ibn Muhəmməd Ən-Nasir dini qəlblərdən çıxarmağın heç vaxt mümkün olmadığını vurğulayıb: “Sovet tarixində bir şəxs olub. Radiosunu götürüb, orada islam dininə aid xütbələri xəlvətcə dinləyib. O bu hadisəni nəql edəndə şeyximiz ağlamışdı, əlini Allaha uzadıb demişdi ki, bu zülmə nə vaxt son qoyacaqsan? Allaha çox şükür ki, bu zülmü İslam ümmətinin üzərindən qaldırdı. İslam ümmətini istəməyən qüvvələr hazırda İslam dünyasını parçalamaq istiqamətində iş aparırlar. Lakin İslam dininin humanist olması bu dinin dünya dini olmasına şərait yaradır”.

O, Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin məlum olduğunu, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib: “Mənim ölkəm sülhü dəstəkləyir”.