Şeyx İordaniyada Qarabağdan danışdı - - Foto

seyx-iordaniyada-qarabagdan-danisdi-
Oxunma sayı: 666


“Qafqazinfo”nun Anspress-ə istinadən verdiyi məlumata görə, şeyxin İordaniya Haşimilər Krallığının Vəqf və İslam İşləri naziri Məhəmməd Nuh Əl Quda ilə görüşündə əvvəlcə İslam Dünyasında baş verən və bütün dünyanın diqqət mərkəzində olan proseslər müzakirə olunub. 

İslami Düşüncə Kral Akademiyasının eqidası altında keçirilən Ali Dini Konfransa Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin qatılmasından şərəf duyduğunu deyən nazir Azərbaycana Allahdan sülh və əmin-amanlıq diləyib. 

Azərbaycanı İordaniya Haşimilər Krallığına qardaş və dost, beynəlxalq təşkilatlarda etibarlı müttəfiq kimi tanıdığını deyən Məhəmməd Nuh Əl Quda qeyd edib ki, burada həm dövlət başçısı İlham Əliyevin, həm də Şeyxülislam Hacı Allahşükür Paşazadənin böyük rolu var: “Təbii ki, bu əlaqələr Heydər Əliyev və Kral Hüseyn ənənələrinə bağlanır. Elə buna görə də hər iki dövlət başçısı atalarının yolunu ləyaqətlə davam etdirir və dövlətlərimizi, xalqlarımızı daha da yaxınlaşdırmaqda davam edirlər”. 

Vəqf və İslam İşləri nazirinə Azərbaycanda dinə və mənəviyyata olan böyük ehtiramı əks etdirən rəsm əsərinin hədiyyə edilməsi isə Məhəmməd Nuh Əl Qudada böyük təəssürat buraxıb. Söhbətin gedişində Hacı Allahşükür Paşazadə Ermənistanın işqalı altında olan yaşayış məntəqələrində dini ocaqların, məscid və mədrəsələrin dağıdılması, qəbristanlıqların tar-mar edilməsi mövzusuna da toxunub. O, Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək uğrunda apardığı mübarizədə müsəlman ölkələrinin dəstəyinə həmişə ehtiyac duyduğunu bildirib və bu məsələdə İordaniya Haşimilər Krallığının atdığı addımların Azərbaycanda yüksək qiymətləndirildiyini söyləyib. 

İordaniya Haşimilər Krallığının Azərbaycanı yaxşı başa düşdüyünü söyləyən nazir Qarabaq probleminin tezliklə həll olunmasını, yurdlarından didərgin düşmüş insanların öz ata-baba ocağına qayıtmasını arzulayıb.