Şeyx İran səfirini qəbul etdi

seyx-iran-sefirini-qebul-etdi-
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, tanışlıq xarakteri daşıyan görüşdə yeni fəaliyyətə başlamış səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə ona gələcək fəaliyyətində uğurlar dilədi, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Azərbaycanın dini liderinin İran dövlətinə səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ümumən, din xadimlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında dini əlaqələrin inkişafına öz töhfəsini verdiyini, onların intensivliyinin artırılmasının vacibliyini bildirib.