Şeyx İrana gedir

Şeyx İrana gedir
Oxunma sayı: 144

İdarənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfərdə məqsəd 1-2 oktyabr tarixlərində Tehranda keçiriləcək “Fələstin xalq hərəkatının müdafiə olunması” mövzusunda beşinci iclasın işində iştirak etməkdir.

Səfər İran İslam Respublikası Parlamentinin sədri Əli Laricaninin şəxsi dəvəti ilə həyata keçirilir. Şeyxülislam A. Paşazadə iclasda məruzə ilə çıxış edəcək. Öz məruzəsində QMİ sədri Fələstin xalqının haqlı mübarizəsinə Azərbaycan dövlətinin dəstəyini, bu sahədə atdığı əməli addımları xüsusi vurğulayacaq, müsəlman həmrəyliyinin bu problemin həllində böyük önəm kəsb etdiyindən, habelə Qarabağ probleminin həlli yönümündə İslami birlik amilinin olduqca vacib rolundan bəhs edəcək.

Səfər müddətində QMİ sədri Şeyxülislam A. Paşazadənin İran dövlətinin rəhbərliyi və rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri nəzərdə tutulur.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi