Şeyx katolikos-patriarxı ilə görüşüb- - Fotolar

seyx-katolikos-patriarxi-ile-gorusub-
Oxunma sayı: 739


“Qafqazinfo” xəbər verir ki, QMİ-nin mətbuat xidmətinin məlumatına görə, patriarx şeyxülislamın Gürcüstana səfərini tarixi hadisə kimi dəyərləndirib. A.Paşazadə ilə bir-birini hələ sovet dövründən tanıdıqlarını, hər zaman həmrəy olduqlarını deyən patriarx bu gün din xadimlərinin daha artıq məsuliyyət daşıdıqlarını bildirib, münaqişəli bölgələrdə sülh və ədalətin bərqərar olması üçün daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb. O, Qarabağda, Abxaziyada, Cənubi Osetiyada münaqişələrin sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib.

A.Paşazadənin Qafqaz üçün əvəzsiz xidmətlərini, gördüyü böyük işləri yüksək qiymətləndirən patriarx şeyxülislamı Gürcüstanda görməkdən şərəf duyduqlarını bildirib.

Şeyxülislam A.Paşazadə deyib ki, onu patriarxla uzun illərin qardaşlığı birləşdirir. O, Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalçıları tərəfindən zəbt edildiyi vaxtdan bu günədək patriarxın hər zaman haqq-ədaləti müdafiə etdiyini, öz mövqeyini heç zaman dəyişmədiyini bildirib. Ölkələrimizin ərazi bütövlüyü kimi həssas məsələ ilə bağlı patriarxla hər zaman həmrəy olduqlarını söyləyən şeyxülislam din xadimləri kimi münaqişələrin sülh yolu ilə həllinə çağırdıqlarını və buna inandıqlarını bir daha vurğulayıb.

Şeyxülislam Qafqazın ağsaqqalı adlandırdığı patriarx II İliyaya Azərbaycanda böyük ehtiram bəslənildiyini, zamanında ulu öndər Heydər Əliyevin onu yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və ehtiramını II İliyaya çatdırmaqdan şərəf duyduğunu deyən şeyxülislam patriarxı qardaş Azərbaycanda həmişə gözlədiklərini deyib, onu ölkəmizə səfərə dəvət edib.

Qeyd edək ki, Gürcüstana səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və güllər qoyub, Ümummilli Liderin ruhuna dualar oxuyublar.