Şeyx Kazana gedir

seyx-kazana-gedir-
Oxunma sayı: 633


QMİ-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, səfər RF Tatarstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun dəvəti əsasında həyata keçirilir. Səfərdə məqsəd Tatarstanda İslamın rəsmən qəbul edilməsinin 1125-ci ildönümünə həsr olunmuş Bulqar şəhərində keçiriləcək  mərasim və tədbirlərdə iştirak etməkdir.     

Ənənəvi olaraq keçirilən bu tədbirlərə Şeyxülislam fəxri qonaq qismində hər il dəvətli olur. Səfər müddətində QMİ sədrinin Tatarstan Prezidenti R. Minnixanov tərəfindən qəbul ediləcəyi, digər rəsmilərlə, Tatarstan müftisi Kamil Samiqullinlə, həmçinin, orada yaşayan Azərbaycan diasporasının nümayəndələri ilə görüşəcəyi nəzərdə tutulur.