Şeyx Mədinəyə gedir

seyx-medineye-gedir
Oxunma sayı: 642

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfərdə məqsəd Mədinə şəhərində sentyabrın 20-də keçiriləcək «Küfrün təzahürləri (səbəbləri, nəticələri, həlli yolları)» mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

İki Müqəddəs Məscidin xadimi Kral Abdulla bin Əbdüləziz Al-Səudun himayəsi ilə Əmir Nayif bin Əbdüləziz Al-Səud adına Peyğəmbər sünnələri və müasir İslam tədqiqatları üzrə Beynəlxalq Mükafat Fondunun təşkilatçılığı ilə baş tutan bu mötəbər konfransa Şeyxülislam A. Paşazadə fəxri qonaq kimi dəvət olunmuşdur.

QMİ sədrinin tədbirdə çıxış edəcəyi nəzərdə tutulur.