Şeyx Özbəkistana gedir

seyx-ozbekistana-gedir
Oxunma sayı: 1102

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 17-də Özbəkistana səfərə yola düşür. QMİ-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Özbəkistan Nazirlər Kabineti yanında Dini işlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi ilə birlikdə bu ilin oktyabr ayının 18-də paytaxt Daşkənd şəhərində keçirəcəyi “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir. 

Daşkənddə baş tutacaq “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfransda Milli Məclis üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin səfər çərçivəsində Buxara və Səmərqəndi ziyarət etməsi planlaşdırılır.