Şeyx Patriarxa başsağlığı verdi

seyx-patriarxa-bassagligi-verdi
Oxunma sayı: 912


“Qafqazinfo”  Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, Şeyx insan tələfatına görə dərindən kədərləndiyini ifadə edib:

"Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi dərindən kədərləndirib. Biz də dualarımızı rusiyalılarının dualarına qoşaraq mərhumların ruhlarının şad olmasını, xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik.

Müsəlmanlar və şəxsən öz adımdan Zati-müqəddəslərinizə və Sizin simanızda bütün Rusiya xalqına bu matəm günü münasibətilə dərin hüznlə başsağlığı verirəm.

Uca Yaradan mərhumların ruhunu şad etsin!"