Şeyx Patriarxa orden verdi

seyx-patriarxa-orden-verdi
Oxunma sayı: 644

Bu barədə Qafqazinfoya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.


Mərasimdə çıxış edən QMİ sədri Patriarx Kirillin dinlərarası dialoq prosesinə verdiyi töhfələri xüsusi vurğulamış, onun Azərbaycan və Rusiya arasında mənəvi əlaqələrin inkişafına verdiyi önəmi yüksək dəyərləndirmiş, Patriarxın son iki il ərzində iki dəfə Azərbaycana səfər etməsini xatırlatmışdır.

Şeyxülislam Allahşükür Paşazadə Patriarx Kirillin anadan olmasının 65-ci ildönümü münasibətilə Azərbaycan və Qafqaz müsəlmanları adından "Dinlərarası və millətlərarası dialoqun inkişafına, MDB məkanında və bütün dünyada mədəni əlaqələrin möhkəmləndirilməsi, Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın, Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında dostluq əlaqələrinin dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfəsinə görə" Moskva və bütün Rusiya Patriarxı Kirilli "Şeyxülislam ordeni" ilə təltif etmişdir.