Şeyx səfirlə görüşdü

seyx-sefirle-gorusdu
Oxunma sayı: 636

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə yeni fəaliyyətə başlamış səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə ona gələcək fəaliyyətində uğurlar diləyib, qardaş ölkələrimiz və xalqlarımız arasında mövcud yüksək səviyyəli əlaqələrin, o cümlədən, dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir QMİ sədrinin qardaş xalqlarımız arasında mənəvi əlaqələrin genişlənməsi istiqamətində səylərini yüksək dəyərləndirdiklərini, Qafqazın dini liderinin bölgədə sülh və əmniyyətin bərqərarı işinə verdiyi şəxsi töhfənin, qarşılıqlı anlaşma yönündə fəaliyyətinin böyük əhəmiyyət daşıdıgını xüsusi vurgulayıb. Səfir Şeyxülislam A.Paşazadənin Avrasiya Forumunun bu ay baş tutacaq növbəti toplantısına dəvətli olmasının onəmli olduğunu, QMİ sədrinin bu və digər tədbirlər çərçivəsində qardaş dövlətə səfərlərinin dini-mənəvi münasibətlərimizin daha da dərinləşməsi baxımından qarşılıqlı fayda kəsb etdiyini vurğulayıb.