Şeyx Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi ilə görüşüb

seyx-simali-kipr-turk-cumhuriyyetinin-baki-temsilcisi-ile-gorusub
Oxunma sayı: 679


QMİ-nin Mətbuat Xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, QMİ sədri Kipri türk dünyasının bir parçası, kiprliləri türkdilli qardaş xalq kimi dəyərləndirdiyini bildirib. Görüşdə Şeyxülislam A. Paşazadə Azərbaycan və Kipr türkləri arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində  səylərin vacibliyindən söhbət açıb. Bildirilib ki, keçirilən beynəlxalq dinlərarası tədbirlərdə Azərbaycan və Kipr nümayəndələrinin qarşılıqlı şəkildə iştirakı bu işə öz töhfəsini verə bilər.

Qardaş Azərbaycanda təmsilçi olmaqdan şərəf duyduğunu bildirən Kiprin təmsilçisi S. Topukçu Şeyxülislam A. Paşazadəni tanınmış, nüfuzlu dini lider kimi yuksək dəyərləndirdiklərini bildirib.