Şeyx Türkmənistana gedir

seyx-turkmenistana-gedir
Oxunma sayı: 924


 Qurumun  Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 13-16 yanvar tarixlərində baş tutacaq səfərdən məqsəd Azərbaycan və Türkmənistan xalqları arasında mövcud tarixi-mənəvi əlaqələrin, qardaşlıq münasibətlərinin daha da  inkişaf etdirilməsidir.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistanda yüksək səviyyədə bir sıra görüşlər, o cümlədən, Türkmənistan Parlamentinin, Xarisi İşlər Nazirliyinin, Ağsaqqallar Şurasının, Dini məsələlər üzrə Komitəsinin rəhbərliyi və b. ilə görüşlər keçirəcəyi nəzərdə tutulur. 

Səfər çərçivəsində Türkmənistan Respublikasının paytaxtı Aşqabadda və Marı şəhərində tarixi-mədəni abidələr, məscidlər ziyarət olunacaq.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində Türkmənistana Azərbaycan Milli Məclisinin deputatları - Azərbaycan Ağsaqqallar Şurasının sədri, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının Rəyasət Heyətinin üzvü Fəttah Heydərov, Mübariz Qurbanlı və Cavanşir Paşazadə, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və b. səfər edəcəklər.