Şeyx Xocalını xatırladı

seyx-xocalini-xatirladi
Oxunma sayı: 641

Heç bir din, istər yəhudi, istər xristian, istərsə də islam dini olsun Xocalıda baş verən hadisələrə bəraət qazandıra bilməz və qəlbində dini inancı olan heç bir insan bu cinayətə biganə qalmamalıdır. Bu gün dindən xalqlara qarşı istifadə edən qüvvələr mövcuddur”. “Qafqazinfo”nun məlumatıan görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfransda şeyxülislam Allahşükür Paşazadə deyib.


O bildirib ki, Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr tarixi gerçəklikləri təhrif etməyə çalışırlar. Xocalı faciəsini əks etdirən kadrlara baxa bilmədiyini deyən A. Paşazadə həmin dövrü xatırlayaraq, baş verənlərin şahidi olduğunu və Xocalıdan olan iki uşağın cəsədini yuduğunu da qeyd edib.

QMİ-nin sədri, həmçinin Azərbaycanda olan dini konvensiyaların rəhbərləri və din xadimləri Qarabağ hadisələri haqqında həqiqətləri gələcək nəsillərə ötürmək üçün Yaddaş Mərkəzinin yaradılması üçün prezidentə müraciət edəcəklərini də vurğulayıb.

Səidə