Şeyxdən dindarlara seçki - - Çağırışı

Şeyxdən dindarlara seçki -
Oxunma sayı: 475


“Qafqazinfo” xəbər verir ki, bu sözləri QMİ sədri Allah şükür Paşazadə ölkə dindarları qarşısınsda çıxış edərkən deyib

QMİ sədri dindarlar qarşında çıxış etməkdəm məmnunluq duyduğunu qeyd edib: “Sizin məramınız düzgün məramdır. Ölkə 10 il içərisində çiçəklənən bir dövlətə çevrilib. Bu gün Azərbaycan xaricə borc verən dövlətə çevrilib. 

Mən dindar kimi fəxr edirəm ki, mənim belə bir prezidentim var. Mən 35 ildir ki, bu işin içindəyəm. O qədər prezidentlər olub ki, vədlər veriblər ki, dini inkişaf etdirəcəyik. Ancaq heç nəyə nail ola bilməyiblər. Amma İlham Əliyev din sahəsinə qayğı göstərib. Ölkədə çoxlu məscidlər tikdirib. Vədlərinə sadiq qalıb. 

Bu inkişafı təmin edən İlham Əliyev həzrətləridir. Bu gün kimə köməyə ehtiyacı varsa, Mehriban xanıma müraciət edir. Onlar da köməklik edirlər. Bu gün Allah təala bizə İlham Əliyev kimi birini bizə bəxş edib. Mən də istərdim ki, bir dindar olaraq ona səs verim. Mən çağırış edirəm ki, İlham Əliyevin prezidentliyə namizədəliyini dəstəkləyirəm. İnşallah ona səs verəcəyik.

***

Şeyx daha sonra ölkədə məscidlərə göstərilən diqqətdən danışıb:

“Sovet dövründə dindarlar özlərini vətəndaş kimi hesab etməyib. Hazırda 2000-yə yaxın məscid var. Paytaxtda, regionlarda məscidlər təmir olundu. 10 ilin içində Azərbaycan hərtərəfli inkişaf edib. Bunun zəhmətini çəkənlər var. Bu yaxınlarda Şamaxı məscidinin təmirdən sonrakı vəziyyətini gördük. Mehriban xanım dəfələrlə ora baş çəkib. Bunlar hamısı dövlətin hesabına həyata keçirilib. Mən xaricdə dindarlar adından ölkəmizi təmsil edirəm. Orada mənə göstərilən hörmətim şahidi oluram. Bu tək mənə yox, Azərbaycana olan hörmətdir. Bizim qonşularımız bilir ki, 20 faiz torpaqlarımız işğal altındadır. İrəvanda konfransda iştirak edirdim. Mənə dedilər ki, İrəvana getmə. Dedim ki, gedəcəm və fikirlərimi deyəcəm. Orda hər şey köhnədən qalmadır. Maşınlar sovet dövründən qalıb. Küçələr qaranlıqdır”

Günel


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi