Şeyxdən Papaya təbrik məktubu

seyxden-papaya-tebrik-mektubu-
Oxunma sayı: 641

“Allahın iradəsiylə Siz dünyanın müqəddəs ideallarının təntənəsi, xeyir, ədalət naminə Papa kimi böyük şərəfə layiq görüldünüz. Azərbaycanın və Qafqaz regionunun milyonlarla müsəlmanının iradəsini ifadə edərək sizin və dünyanın bütün katolikləri üçün əlamətdar gündə Zati-Həzrətlərə can sağlığı, uzun ömür arzu edirəm”.

Şeyxülislam bu əlamətdar hadisənin dinlərarası əməkdaşlığın daha da dərinləşməsi üçün gözəl səbəb olduğunu bildirib: “Qoy bizim əməkdaşlıq dünyanın müqəddəs ideallarının – xeyirin, ədalətin, qardaşlığın və milliyyətindən və dinindən asılı olmayaraq bütün insanların münasibətlərinin təntənəsinə xidmət etsin”.