Şeyxdən Suriyaya döyüşə aparılan azərbaycanlılarla bağlı - - Açıqlama

seyxden-suriyaya-doyuse-aparilan-azerbaycanlilarla-bagli-
Oxunma sayı: 2231


“Qafqazinfo” xəbər verir ki, bu sözləri bu gün Qafqaz Müsəlmanları İdarəsində geniş tərkibli iclasında Hacı Allahşükür Paşazadə azərbaycanlı döyüşçülərin Suriyaya getməsinə münasibət bildirərkən deyib. 

Şeyx bildirib ki, onlar yalnız  bu məzhəbləri qəbul edirlər. Şeyx deyib ki, həmin cərayanlar özbaşına deyillər: “Onlar xaricdən yönəldilir. Ermənistan Azərbaycanın inkişafını görmək istəmir və ona mane olmaq istəyir. Mənə elə gəlir ki, bu şəxslər Ermənistana xidmət edən şəxslərdir. Kimin ixtiyarı var ki, bir dindara cənnət vəd edir. Buna ancaq Allah vəd edə bilər. Cavan uşaqların başını aldadaraq guya öləndən sonra birbaşa cənnətə düşəcəksiniz deyə cihad adıyla Suriyaya aparırlar. Bizə çoxlu müraciət edənlər var. Analar göz yaşıyla bizə müraciət edir. Dövlət yəqin ki, bu işlərlə məşğul olacaq. Amma çətin məsələdir.

Fərqi yoxdur ki sən hansı bölgədənsən . Bu vətən bizimdir. Biz Qarabağda təcavüzə uğrayan ana bacılarımızın qeyrətini çəkməliyik. Bizim Qarabağ boyda dərdimiz var. Xarici ölkələrə cihada gedənlər pul qarşılığında gedirlər. Peyğəmbərimzi deyir ki, pulla döyüşmək şəhidlik sayılmır. 

Günel