Şeyxə dəvət var

seyxe-devet-var
Oxunma sayı: 634

SalamNews-un xəbərinə görə, bunu Bakıda səfərdə olan Pakistan parlamentinin aşağı palatası - Milli Assambleyanın deputatı Maulana Fazl-ur-Rahman bildirb.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə Maulana Fazl-ur-Rahman deyib ki, Pakistanla Azərbaycan arasında sıx münasibətlər var: "Biz istəyirik ki, münasibətlər bundan sonra da inkişaf etsin. Bakıda olduğum müddətdə dövlət və hökümət rəsmiləri ilə görüşlər keçirdim. İki dövlətin bir-birinin yanında olduğunun bir daha şahidi oldum. Pakistan ilə Azərbaycanı birləşdirən əsas ortaq nöqtə torpaqlarımızın işğala məruz qalmasıdır. Bunun üçün bizim dostluğumuz əbədi və möhkəm olmalıdır".