Şeyxin fətvası müavinləri arasında qalmaqal yaratdı

seyxin-fetvasi-muavinleri-arasinda-qalmaqal-yaratdi
Oxunma sayı: 3084


Qafqaz Müsəlmanları İdarəsinin (QMI) Azərbaycandakı dini durumla bağlı verdiyi son fətva ölkə gündəmində, əsasəndə dindarlar arasında ciddi müzakirə olunmaqdadır.

Bir qrup dindar hesab edir ki, QMİ-nin belə bir fətva verməyə səlahiyyəti yoxdur. QMİ isə həmin dindarları din adından danışmağa haqlarının çatmadığını bildirir.

Xatırladaq ki, QMİ-nin məlum fətvası Suriyaya döyüşə aparılanlara “cənnət vədi”nin verilməsini absurd saymış və onların şəhidlik statusuna layiq olmadığı qeyd olunmuşdu. 

Eyni zamanda QMİ Azərbaycanda vəhhabiliklə bağlı ciddi tədbirlər görülməsinin vacibliyini açıqlamışdı, hətta Hacı Surxay şeyxdən “Aşurbəy” məscidi ilə bağlı tədbir görülməsini xahiş etmişdi. O gündən bəri məscidlərdə xütbələrə, dini ayinlərin icrasına xüsusi nəzarətin həyata keçirildiyi bildirilir, bu isə dindarlar arasında müəyyən narazılıqlara səbəb olub. 

Bu gün “Qafqazinfo”ya dindarlardan biri məsciddə qarşılaşdığı hadisə ilə bağlı məktub göndərib. Məktubda qeyd olunur ki, Qafqaz Müsəlmanlar İdarəsinin son fətvası, hansı ki xavariclər, nurçular, sələfilər, vahhabilərin adı çəkilirdi, həmin fətvanın bütün məscidlərdə bu gün cümə xütbəsində oxunması tələb edilmişdi:

“Amma sözügedən fətva bu gün İlahiyyat, Qaraçuxur, Göy Məscid, Mehdiabad məscidlərində oxunmadı. İmamlar bu fətvanın təfriqəçilik saldığını və məscidə müxtəlif etiqadlı insanların bir yerdə namaz qıldıqlarını bəhanə gətirməklə oxumaqdan imtina etmişdilər. Məscid imamları deyir ki, Mirəziz kabinetdə oturub əmrlər verir. Məsciddə camaatla üzbəüz qalan və təzyiqlərə məruz qalan isə onlardır”.

Qeyd edək ki, məktubu göndərən şəxs şeyxin müavinləri olan Hacı Salmanla Hacı Mirəzizin münasibətlərinin yaxşı olmadığını və  fətvanın oxunmadığı məscidlərin Hacı Salmanın əmrini yerinə yetirdiyini vurğulayıb.