Şeyxin fətvasının məscidlərdə oxunmaması xəbərinə - - Rəsmi reaksiya

seyxin-fetvasinin-mescidlerde-oxunmamasi-xeberine-
Oxunma sayı: 2833



QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, fətva Qaraçuxur məscidində oxunub, Əjdərbəy və İlahiyyat məscidlərində isə fətvadan irəli gələn müddəalar dindarların diqqətinə çatdırılıb:

“Məlumat üçün bildiririk ki, 28 yanvar 2014-cü il tarixində qəbul olunan fətvada məhz bu sənəddə əksini tapan müddəların xütbə və moizələr vasitəsilə dindarların diqqətinə çatdırılması axund və imamlara tapşırılıb. İnsanları belə təxribat xarakterli məlumatlara inanmamağa çağırırıq”.

Xatırladaq ki, dünən “Qafqazinfo” göndərilən məktubda qeyd olunurdu ki, sözügedən fətva cümə xütbəsində İlahiyyat, Qaraçuxur, Göy Məscid məscidlərində oxunmayıb: “İmamlar bu fətvanın təfriqəçilik saldığını və məscidə müxtəlif etiqadlı insanların bir yerdə namaz qıldıqlarını bəhanə gətirməklə oxumaqdan imtina etmişdilər. Məscid imamları deyir ki, Mirəziz kabinetdə oturub əmrlər verir. Məsciddə camaatla üzbəüz qalan və təzyiqlərə məruz qalan isə onlardır”.

Yazıda adıçəkilən İlahiyyat Məscidinin  axundu Ceyhun Rüstəmov da “Qafqazinfo” ya açıqlama verib. Axund bildirib ki, dünən cümə namazından əvvəl vəz bölümündə  fətva  haqqında məlumat verilib: “ Suriyaya cihad adı altında gedənləri pisləmişik. Sadəcə dünən qarlı hava ilə əlaqədar məscidə az adam gəlmişdi. Ona görə də fətvanı tam olaraq gələn cümə oxuyacağıq”

Axund yanvarın  28-də QMİ-nin məlum hadisələrlə bağlı keçirilən tədbirində də çıxış etdiyini bildirib. QMİ Qazilər Şurasının verdiyi fətvayla razıyıq.

Bundan başqa, Qaraçuxur məscidinin imamı Əliyev Qurban Ağa oğlu da yayılan xəbərə etiraz edib və “Qafqazinfo” ya açıqlamasında bildirib ki, dünən özü şəxsən həmin fətvanı oxuyub.