Şeyxin müavini Bakıda geylərin tədbirini pislədi

seyxin-muavini-bakida-geylerin-tedbirini-pisledi
Oxunma sayı: 652

QMİ-nin şöbə müdiri AzNews.az-a açıqlamasında bildirib ki, islam dinində bu cür hərəkətlər haram buyurulur: “Bu cür hərəkətlər islamda tamamilə qadağan olunmuş və haram hesab olunan hərəkətlərdir”.

Sözügedən tədbirin təşkilinə birmənalı olaraq etiraz etdiyini vurğulayan M.Seyidzadə deyib: “Mən islam dininin nümayəndəsi olaraq bu cür tədbirlərin keçirilməsinə çox pis baxıram. Bu cür hərəkətlər Azərbaycan xalqına və müsəlmanlığa yaraşmaz. Bizdə qeyrət, kişilik və qürur var. Mən bu tədbiri təşkil edənlərə də diqqətli olmağı məsləhət görürəm. Arzu edirəm ki, onlar bu cür hərəkətləri ilə öz nəsilləri üçün töhmət qazanmasınlar. Aidiyyatı qurumları da bu cür tədbirlərin qarşısını almağa səsləyirəm”.