Şeyxin qardaşından vəhhabilərə- - "Onlar artıq təxribata əl atırlar"

seyxin-qardasindan-vehhabilere-
Oxunma sayı: 6712


Onlar Şeyxulislam Allahşükür Paşazadənin dediklərinə əks mövqedə dayanıblar”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az saytına QMİ sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə deyib.

O, Allahşükür Paşazadəyə qarşı yayılan kompramatlara münasibət bildirərkən bunları yalan olduğunu deyib. 

“Bu adamlara vəsaitin haradan ayrıldığı bilinir. Onlar birbaşa Səudiyyə Ərəbistanından maliyyələşir. Dünya bilir ki, bunlar başqa-başqa dövlətlərdən, həmçinin Səudiyyə Ərəbistanından geniş şəkildə istifadə edirlər. Müsəlmanlar  İdarəsi hansı formada Səudiyyə Ərəbistanından istifadə edə bilər axı?”- deyə Cavamnşir Paşazadə mətbuatda QMİ rəhbərinin Səudiyyə Ərəbistanından pul alması barədə yazılanları tənqid edib.

Millət vəkili onu da bildirib ki, Azərbaycanda olan vəhhabi cərəyanının iç üzü açıldığı üçün onlara bəzi məsələləri xatırlatmaq sərf etmir. O qeyd edib ki, vəhhabilər Azərbaycan dövlətinin  radikal cərəyanlara qarşı qanuni şəkildə işlər aparacağını bildiyindən təxribatlara əl atırlar. 

“Azərbaycan dövləti, azərbaycançılıq əleyhinə dünyada müxtəlif diaspor təşkilatları fəaliyyət aparır. Bu da onların bir formasıdır”.

Qeyd edək ki, bu gün QMİ radikal dini cərəyanların təbliğ etdiyi ideyaların təhlükəsindən danışıb. Əsasən vəhhabilik, xəvaricilik, sələfilik, nurçuluq, təkfirçilik cərəyanlarının adları vurğulanıb. Bu bəyanatdan sonra özünü “Fətullah Gülən sevdalıları” adlandıran qrupun elektron poçt ünvanından bəzi KİV-lərə göndərilən məktubda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə hədələnib, ona qarşı kompromatlar yayılıb. 

Lakin ehtimal olunur ki, bu kompromatı yayanlar nurçular deyil, vəhhabilərdir.