Şeyxin səfəri başa çatdı

seyxin-seferi-basa-catdi
Oxunma sayı: 894


“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, 2007-ci ildən bəri yenidənqurma işlərinin getdiyi və iqtisadi baxımdan inkişaf edən Qroznı şəhəri bu gün həm memarlığı, həm də aparılan tikinti işləri baxımında regionda ən gözəl şəhərlərdən biri hesab olunur. Prezident Ramzan Kadırovun demək olar ki, başdan qurduğu şəhər artıq mühüm konfranslara ev sahibliyi edir.

Prezident Ramzan Kadırovun atası mərhum Əhmət Haci Kadırovun xatirəsinə start götürən 6-cı beynəlxalq “İslam dünya sülh və quruculuq dinidir” mövzusunda keçirilən konfrans öz işini tamamladı. Konfransda bir çox ölkərin nümayəndə heyəti iştirak edirdi. Çeçenistan prezidenti Ramzan Kadırovun da qatıldığı konfransda təkfirçilik, İslam pərdəsi altında faəliyyət göstərən bir sıra radikal cərəyanlar, İslama zidd hərəkətlərin ifşa olunması, yalancı cihada qarşı fikir bildirmək, İslam daxilində qarşıdurmanı aradan qaldırmaq, məshəblər arası ixtilaflara son qoyma kimi məsələlər müzakirə olundu. Azərbaycanın bu sahədə gördüyü müsbət təcrübədən danışan bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ölkəmizdə hökm sürən tolerantlıq, dini dözümlülüyü xüsusi vurğuladı. 

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Qafqaz regionunda stabilliyin qorunmasının vacibliyindən danışaraq regionda 20 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsindən də söz açdı.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə: “Dağlıq Qarabağ probleminin həlli regionla mövcud iqtisadi geriləmənin qarşısını alması baxımından çox vacibdir. Proses sülh şəraitində insanların hüquqlarının qorunması baxımından həll edilməlidir”.

Forum iştirakçıları regionda yaşayan müsəlmanların hüquq və imkanlarını müzakirə edərək, İslam dinin dünyada dağıdıcı yox, əksinə qurucu bir din olmasından danışdılar. Islam dininin düzgün başa düşülməməsi bir sıra müsəlmanların radikalizmin və terrorizmə meyl göstərməsinə, keçirilən belə konfransların isə bu yöndə meydana çıxan problemlərin həllində müsbət nəticə göstərə biləcəyi mövzusunda müzakirələr aparıldı. Həmçinin forum iştirakçıları bir yerdə İslama vahid yanaşmanın formalaşmasını, bunun vasitəsilə isə islam dinində parçalanmaya son qoyulmasını istəyirlər. Bunun isə tədricən mümkün olacağı bildirildi. Bütün Qafqazın Şeyxi gələcəkdə belə konfransın ölkəmizdə keçirilməsi təklifini irəli sürdü.