Şeyxin səfəri var

seyxin-seferi-var-
Oxunma sayı: 636

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, A.Paşazadə prezident Yunusbek Yevkurovun şəxsi dəvəti ilə iyunun 9-da İnquşetiyaya yola düşəcək. Səfərdə Qafqaz müsəlmanlarının dini lideri A. Paşazadəni QMİ sədrinin birinci müavini müfti Salman Musayev müşayiət edəcəkdir.

Şeyxülislam Allahşükür Paşazadə iyunun 10-da isə RF Tatarıstan Respublikasına səfər edəcək. Səfər prezident Rustəm Minnixanovun şəxsi dəvəti əsasında həyata keçiriləcək. Səfər zamanı Şeyxülislam A. Paşazadə fəxri qonaq qismində Volqa Bulqarıstanında İslamın qəbul edilməsinin ildönümü münasibətilə Kazan şəhərində və tarixi Bulqar ərazisində keçiriləcək təntənəli tədbirlərdə, habelə yeni məscid kompleksinin açılışında iştirak edəcək.