Şeyxlə katalikosun görüş yeri qalmaqal yaratdı

seyxle-katalikosun-gorus-yeri-qalmaqal-yaratdi-
Oxunma sayı: 638

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qurum bəyan edir ki, Şeyxülislam A. Paşazadə Gürcüstana səfəri zamanı Tbilisidə olarkən, erməni kilsəsinin Gürcüstan yeparxiyasının yepiskopu Vazgen Mirzəxanyan ona II Qareginin yuxarıda göstərilən təklifini çatdırıb və görüşün, erməni mətbuatının iddia etdiyi kimi, nə cəbhə xəttində, nə də Dağlıq Qarabağ ərazisində baş tutması təklifi olmayıb, söhbət yalnız Azərbaycan-Ermənistan sərhəd məntəqələrinin birindən gedib.

QMİ bu şayiələri qətiyyətlə rədd edir, bunu erməni tərəfinin növbəti təxribatı kimi dəyərləndirir. Haqqında danışılan görüş yalnız Azərbaycan-Ermənistan sərhəddində baş tuta bilər.