Şeyxülislam Bidzina İvanişvili ilə görüşdü -Fotolar

seyxulislam-bidzina-ivanisvili-ile-gorusdu-fotolar
Oxunma sayı: 633

“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, Tiflis beynəlxalq aeroportunda onu Gürcüstan patriarxı və digər din xadimləri qarşılayıblar. Gürcüstana səfər edənlər arasında Azərbaycan Milli Məclisin üzvləri də olub. Səfərin sonunda hər iki ölkənin din xadimləri bəyanat qəbul ediblər.

Şeyxülislam eyni zamanda prezident İlham Əliyevin təbriklərini Gürcüstan patriarxına çatdırıb.

Onu da əlavə edək ki, görüşdə həmçinin Gürcüstanın baş naziri Bidzina İvanişvili də iştirak edib. Baş nazir görüşdən çəkilən fotoları öz rəsmi facebook səhifəsində paylaşıb.