Şeyxülislam Çeçenistana yasa getdi

seyxulislam-cecenistana-yasa-getdi-
Oxunma sayı: 633

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun anasının vəfatı ilə bağlı başsağlığı vermək məqsədi daşıyan səfərdə Şeyxülislam həzrətlərini Milli Məclisin üzvü Cavanşir Paşazadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev müşayiət ediblər. Kadırovların paytaxt Qroznının 60 kilometrliyində yerləşən ata-baba yurdları olan Xasayurd kəndində Azərbaycanlı qonaqları Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov, Alimlər Şurasının sədri Xocəhməd Kadırov, Çeçenistan Ruhani İdarəsinin sədri, müfti Sultan Mirzayev qarşılayıblar. Şeyxülislam Allahşükür Paşazadə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, ruhuna dualar oxuyub. Həmin gün Şeyxülislam həzrətlərinin başçılıq etdiyi nümayəndə heyəti vətənə dönüb.