Şeyxülislam İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

seyxulislam-islam-emekdasliq-teskilatinin-bas-katibini-qebul-edib
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, şeyx qonağa Təzəpir məscidini göstərib. Həmçinin şeyx Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İskəndərovu qonaqlara təqdim edib.

Şeyx İƏT-in işini yüksək qiymətləndirərək deyib: “Bu ilk təşkilatlardan biridir ki, Qarabağ məsələsini dəstəkləyir. Buna görə də İslam Əməkdaşlıq Təşkilatına təşəkkürümüzü bildiririk”.

Baş katib Ekmələddin İhsanoğlu isə Təzəpir məscidinin çox dəyişildiyini və hazırda möhtəşəm olduğunu bildirib. Əvvələr Azərbaycanı müsəlman ölkəsi kimi tanımırdılar, lakin indi Azərbaycan bir müsəlman ölkəsi kimi tanınır.

Qeyd edək ki, ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Sədan