Şeyxülislam Özbəkistan səfirini qəbul etdi

seyxulislam-ozbekistan-sefirini-qebul-etdi-
Oxunma sayı: 651

QMİ-nin mətbuat xcidmətidən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə ona gələcək fəaliyyətində uğurlar dilədi, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında mövsud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycana təyinat almasından məmnunluğunu bildirən səfir Ş.Farziyev dövlət başçısına etimadnaməsini təqdim etdikdən sonra ilk görüşünü məhz A. Paşazadə ilə keçirdiyini xüsusi vurğulayıb və bunun QMİ sədrinin nəinki Qafqazda, MDB miqyasında, bütövlükdə İslam dünyasında tanınan nüfuzlu din xadimi olması ilə bağlı olduğunu bildirib. Özbəkistanın dövlət başçısı İslam Kərimovun Şeyxülislam A. Paşazadənin şəxsiyyətinə böyük dəyər verdiyini dəfələrlə bəyan etdiyini diqqətə çatdıran səfir Ş. Farziyev QMİ sədrinin Azərbaycanın rəsmi nümayəndə heyəti tərkibində, habelə bu yaxınlarda elm və din xadimlərindən ibarət böyük nümayəndə heyətinin başında Özbəkistana etdiyi səfər barədə xoş fikirlərini bölüşüb.

Şeyxülislam, öz növbəsidə, müstəqil Azərbayan və Özbəkistan dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərinin dövlət səviyyəsində təşəkkül tapmasında ümummilli liderimiz Heydər Əiyev və Prezident İslam Kərimovun böyük rolu oynadıqlarını və bu gün də bu münasibətlərin Prezident İlham Əliyevlə Özbəkistanın dövlət başçısının birgə səyləri sayəsində ən yüksək səviyyədə davam və inkişaf etdirilməsini məmnunluqla vurğulanıb.
Özbəkistanı özünün ikinci vətəni saydığını bildirən Şeyxülislam A. Paşazadə bu ölkədə ali dini təhsil aldığı illəri xatırladaraq, 30 ilə yaxın müddətdə tanıdığı Özbəkistanın dövlət başçısı İslam Kərimovu müdrik şəxsiyyət və müstəqil Özbəkistan dövlətçiliyi üçün böyük işlər görmüş uzaqgörən dövlət xadimi kimi səciyyələndirib. Ötən il Prezident İslam Kərimova “Şeyxülislam ordeni” təqdim etdiyini xatırladan A. Paşazadə Özbəkistan dövlət başçısına böyük ehtiram bəslədiyini və onun Qarabağ probleminin ədalətli həlli ilə bağlı mövqeyinə görə minnətdar olduğunu vurğulayıb.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.