Şeyxülislam qan verdi

seyxulislam-qan-verdi
Oxunma sayı: 1510

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətilə Qafqaz Müsəlmanları İdarəsində də qanvermə aksiyası keçirilir. Qanvermə aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, millət vəkilləri və digər din xadimləri də iştirak ediblər.