Səyyad Arana daha bir vəzifə verildi

seyyad-arana-daha-bir-vezife-verildi
Oxunma sayı: 633

Həftəlik “Cəmiyyət və din” qəzetinin bugünkü sayı Səyyad Aranın baş redaktorluğu ilə işıq üzü görüb. Qəzetin bu sayında Səyyad müəllim müəllif yazısı ilə də çıxış edib.

Qeyd edək ki, ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxan “Cəmiyyət və din” qəzetinin əvvəlki baş redaktoru Elçin Cabbarov Hidayət Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrliyindən gedəndən sonra işdən çıxmışdı. Qəetə müvəqqəti olaraq komitə sədrinin müavini Gündüz İsmayılov rəhbərlik edir.

Artıq bundan sonra “Cəmiyyət və din” Səyyad Aranın baş redaktorğuğu ilə dərc olunacaq.

S.Aran 2006-2010-cu illərdə Azərbaycanın İstanbuldakı konsul vəzifəsində çalışıb. Sonra Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışıb. 2012-ci il noyabrın 16-da Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini vəzifəsinə təyin olunub.