Səyyar ASAN Xaçmaz, Xaldan və Qobuda

seyyar-asan-xacmaz-xaldan-ve-qobuda
Oxunma sayı: 642

Səyyar ASAN xidmət 29 iyun – 28 avqust Xaçmaz şəhərində, 29 iyun – 8 avqust Yevlax rayonunun Xaldan kəndində və 29 iyun – 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.  

"Qafqazinfo"ya daxil olan məlumata görə, həmçinin, səyyar avtobuslar 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir. 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.